...

Bakı Fond Birjasında DQİ-nin yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2007 20:01 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Bakı Fond Birjasında çərşənbə axşamı Maliyyə Nazirliyinin 10303115S saylı dovlət qeydiyyatından keçmiş, ümumi həcmi 5 mln. manat, bir istiqrazın nominal dəyəri - 200 manat, tədavül müddəti 182 gün olan qısamüddətli dovlət istiqrazlarının (QDİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

7 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi məbləği 12,275 mln. manat təşkil edib. Sifarişlər 94.36% (gəlirlilik - 11.99%) və 94.80% (gəlirlilik - 11,00%) qiymət intervalında təqdim olunub.

İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 94.71% (gəlirlik - 11.20%) orta olçülmüş qiymət - 94.73% (gəlirlik - 11.16%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən olunub.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 mln. manat məbləğində müəyyən olunub. İstiqraz vərəqələrinin odəmə tarixi 29 yanvar 2008-cı ildir.

Xəbər lenti

Xəbər lenti