...

Maliyyə Nazirliyi QDİ-nin əlavə yerləşdirilməsi üzrə hərrac keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2007 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10501315S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının (QDİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə birjanın yaydığı məlumatda göstərilib.

Sifarişlər 6 investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə ümumi məbləği 7 299 800 manat təşkil edib. Sifarişlər 92.46% (gəlirlilik 11.49%) və 92.64% (gəlirlilik 11.20%) qiymət intervalında təqdim olunub.

İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 92.52% (gəlirlilik 11.39%) orta ölçülmüş qiymət - 92.61% (gəlirlilik 11.25%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 988 600 manat məbləğində, 696 600 AZN məbləğində isə qeyri-rəqabətli sifarişlər daxil olmaqla müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti