...

Türkiyənin baş naziri Gürcüstan-Türkiyə-Azərbaycan əməkdaşlığında böyük perspektivlər görür

Energetika Materials 27 Sentyabr 2007 12:22 (UTC +04:00)
Türkiyənin baş naziri Gürcüstan-Türkiyə-Azərbaycan əməkdaşlığında böyük perspektivlər görür

Gürcüstan, Tiflis / Trend N.Kirtsxalia/ Gürcüstan prezidenti Mixail Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda regional əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşün sonunda Ərdoğanın jurnalistlərə verdiyi məlumata görə, tərəflər regional iqtisadi layihələri müzakirə ediblər.

"Bizim Gürcüstanla münasibətlərimiz harmonik inkişaf edir. Biz bütün sahələrdə əməkdaşlıq edirik, xüsusilə də müsbət nəticələr verən regional energetika layihələrində" - deyə o bildirib.

Türkiyəli baş nazir artıq reallaşan Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz qaz kəməri layihələrini müsbət qiymətləndirib.

"Biz ikitərəfli iqtisadi əməkdaşlıq həyata keçiririk. Bunun təsdiqi kimi Batumi aeroportunu və Sarpidə gömrüyü göstərmək olar" - deyə Ərdoğan bildirib. O qeyd edib ki, əməkdaşlıq davam etdiriləcək, belə ki, bu cür münasibətlərin potensialı böyükdür.

"Mən münasibətlərimizin daha çox dərinləşməsini arzu edirəm. Azərbaycanın iştirakı ilə bu, çox perspektivli birlikdir" - deyə Türkiyənin baş naziri əlavə edib.

Xəbər lenti

Xəbər lenti