...

"Azneftkimyamaş" istehsalı artırıb

Energetika Materials 10 Oktyabr 2007 19:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Yanvar-sentyabr ayları ərzində "Azneftkimyamaş" ASC 20,8 mln. manat həcmində neft sənayesi, geoloji kəşfiyyat avadanlığı, alətlər və ehtiyat hissələri istehsal edib. Bu, 2006-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 28,2% çoxdur.

Çərşənə günü ASC-nin baş iqtisadçısı Nəriman Böyükkişinin verdiyi məlumata görə, bu il ən məhsuldar müəssisə "Bakı fəhləsi" maşınqayırma zavodu olub. Zavod 3 mln. manat dəyərində məhsul istehsal edib. Səttarxan adına zavod 2,9 mln. manat, Sabunçu elmi-istehsalat birliyi 2,1 mln. manat, Bakı maşınqayırma zavodu 1,9 mln. manat, Zabrat maşınqayırma zavodu 1,9 mln. manat, Sərdarov adına zavod 1,3 mln. manat həcmində məhsul istesal edib.

Həm daxili, həm də xarici bazarda reallaşan məhsulun payı 18 mln. manat təşkil edir.

2007-ci ildə ASC-nin müsəssisələri üzrə proqnoz 25 mln. manat səviyysində müəyyən olunub.

"Azneftkimyamaş" ASC prezidentin 22 mart 2001-ci il tarixli sərəncamı ilə, "Azneftkimyamaş" dövlət müəssisənin bazasında yaradılıb. ASC-nin tərkibinə 14 maşınqayırma zavodu, 4 elmi-tədqiqat və layihə-konstruksiya institutu daxildir.

Xəbər lenti

Xəbər lenti