...

Növbəti dörd il ərzində Azərbaycanda investisiya qoyuluşu və istilik təminatı üzrə proqnozlar açıqlanıb

Energetika Materials 10 Noyabr 2007 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Hökumətdən verilən məlumata görə, 2008-2011-ci illər ərzində Azərbaycanda istilik təminatı sahəsində investisiya layihələrinin həyata keçirilməsi üzrə kapital xərclər 199,8 mln. manat təşkil edib.

"Azəristiliktəchizat" Səhmdar Cəmiyyəti bu illərdə istilik təminatı mərkəzlərinin bərpası və modernləşdirilməsi üzrə işlər, yeni qazanxanaların tikintisi, evlərin daxilində istilik şəbəkələrinin quraşdırılması, muxtar qazanxanaların yaradılmasını təklif edib.

Üç il ərzində qazanxanaların istehsal gücünü 1mln. 111,86 Qkal/saata qədər artırmaq planlaşdırılır. 2838 evdə, 410 inzibati obyektlərdə və sostal təminat obyektlərində istilik təminatı bərpa olunacaq.

Bu məqsədlərin həyata keçirilməsi üçün dünya ölkələrinin təcrübəsinə uyğun olaraq, istilik təminatı sahəsində norma, qayda və standartların təkmilləşdirilməsi nəzərdə tutulur.

Eləcə də, investisiya qoyuluşu üçün əlverişli biznes-mühitinin yaradılması məqsədilə, institusional tədbirlərin keçirilməsi, müasir səmərəli texnologiyaları cəlb etmək yolu ilə istilik sisteminin bərpası, əhaliyə isti suyun verilməsinin təmin edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti