...

Azərbaycan "Nabukko"da qaz tədarükçüsü və ifrastruktur sahibi kimi iştirak edə bilər- nazir (video)

Energetika Materials 22 Noyabr 2007 18:57 (UTC +04:00)
Azərbaycan "Nabukko"da qaz tədarükçüsü və ifrastruktur sahibi kimi iştirak edə bilər- nazir (video)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Azərbaycan "Nabukko" layihəsində həm qaz tədarükçüsü, həm də infrastrukitur sahibi kimi çıxış edə bilər. Bu barədə cümə axşamı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.

"Bu gün Azərbaycan 2 trln. kubmertə yaxın qaz ehtiyatına malikdir. "Abşeron", "Naxçıvan", "Alov", "Zəfər-Məşəl" (dəniz perspektiv) strukturlarının ehtiyatları gələcəkdə də bu kimi layihələr üçün istifadə oluna bilər" - deyə nazir bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Nabukko" layihəsində iştirak payı əldə edəcək.

"Nabukko" kəməri ilə Azərbaycan və Mərkəzi Asiya qazı Aİ ölkələrinə nəql olunacaq. Mərkəzi Asiyadan "Nabukko"yadək qaz Xəzərin dibi ilə çəkiləcək "TransXəzər" qaz kəməri ilə nəql oluna bilər. "TransXəzər" qaz kəməri Qazaxıstan və ya Türkmənistanın Xəzər dənizi sahilindən Azərbaycana qədər çəkilə bilər.

"Türkmənistan qazı Avropaya nəql etmək üçün Azərbaycan ərazisindən istifadə etmək təşəbbüsü ilə çıxış edərsə, Azərbaycan öz infrastrukturunu təqdim edə bilər" - deyə Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti