...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 30 Noyabr 2007 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin noyabrın 29-da qiyməti 1 barel üçün 92,16 dollara çatıb. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətdə, 1 barrel üçün 0,54 dollar artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın noyabrın 29-da qiyməti 1 barel üçün 90,53 dollara çatıb. Bu, əvvəlki qiymətdən 0,1 dollar çoxdur.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Noyabrın 29-da URAL neftinin qiyməti 1 barel üçün 86,3 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,52 dollar aşağıdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin noyabrın 29-da qiyməti 1 barel üçün 92,08 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,22 dollar çoxdur.

Xəbər lenti

Xəbər lenti