...

Əhali arasında istehlak olunan elektrik enerjisinə görə ödəniş səviyyəsi ötən ilin göstəricisindən 40% çoxdur

Energetika Materials 10 Dekabr 2007 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,müxbir Ü.İsmayılova/ "Azərenerji" SC-nin bazar ertəsi yaydığı məlumatda bildirilir ki, məişət abunəçilərinin istehlak olunan elektrik enerjisinə görə ödənişləri 40% artmaqla, 96%-ə çatıb.

Elektirin enerjisindən istifadə ödənişləri üzrə liderlik edən Tərtər və Mingəçevir paylaşdırıcı şəbəkələrinin yığım səviyyəsi məişət abunəçiləri üzrə 100% təşkil edib. Bərdə və Ağdaş paylaşdırıcı şəbəkələrində ödəniş səviyyəsi 95% təşkil edib.

Məlumatda o da bidirilir ki, noyabr ayı ərzində rayon elektrik şəbəkələri (REŞ) üzrə ümumi ödəniş 67% təşkil edib və bu, 2006-cı ilin noyabr ayının yığımlarından 16% çoxdur.

Noyabr ayında REŞ tərəfindən 68 mln. kVt\ saat elektrik enerjisi istehlak olunub .2006-cı ilin noyabrı ilə müqayisədə , bu rəqəm 30,6 mln. kVt\saat azdır.

Xəbər lenti

Xəbər lenti