...

Azərbaycan neftinin qiyməti: 10-14 dekabr həftəsinin xülasəsi

Energetika Materials 17 Dekabr 2007 19:36 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 10-14 dekabr həftəsinin xülasəsi

Azərbaycan, Bakı/ Trend müxbir A.Bədəlova/ 10-14 dekabr həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $91,66/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2,14/barr çoxdur.

10-14 dekabr həftəsindəAZERI LT neftinin maksimal qiyməti $93,72/barr, minimal qiyməti isə $89,33/barr təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,8 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

10-14 dekabr həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $867,1/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2,02/barr çoxdur.

10-14 dekabr həftəsində URALS neftinin maksimal qiyməti $87,54/barr, minimal qiymət isə $83,63/barr təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

10-14 dekabr həftəsindəBrent Dated neftinin orta qiyməti $90,39/barr təşkil edib, ki, bu da ötən həftənin orta qiymətindən $1,46/barr çoxdur. Maksimal qiyməti $92,42/barr, minimal qiymət isə $88,07/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti