...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 18 Dekabr 2007 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin dekabrın 17-də qiyməti 1 barel üçün 91,3 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən çərşənbə axşamı verilən məlumata görə, bazar ertəsi neftin qiyməti cümə gününə nisbətdə 1 barrel üçün 1,69 aşağı düşüb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın dekabrın 17-də qiyməti 1 barel üçün 89,7 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 1,66 dollar aşağıdır.

Azərbaycan həmçinin neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Dekabrın 17-də URAL neftinin qiyməti 1 barel üçün 84,44 dollar təşkil edib. Bu öncəki qiymətdən 2,15 dollar aşağıdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin dekabrın 17-də qiyməti 1 barel üçün 90,14 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 1,68 dollar aşağıdır.

Xəbər lenti

Xəbər lenti