...

Azərbaycanda yeni enerjiregenerasiya qurğularının işə salınmasının müddəti müəyyənləşdirilib

Energetika Materials 8 Yanvar 2008 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ "Azərenerji" Səhmdar Cəmiyyəti yanvarın 20-dək Səngəçalda yeni modul elektrostansiyasının gücü 50 MVt (hər biri 16.7 MVt) olan ilk üç enerji blokunu istismara vermək niyyətindədir. Bu barədə çərşənbə axşamı SC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib. Generatorlar Finlandiyanın Wartsila şirkətinin istehsalıdır. Əsgərov bildirib ki, ilk üç qurğunu 2007-ci ilin sonunda istismara vermək planlaşdırılsa da, qazın nəql ediləcəyi qaz kəməri ilə bağlı problemlər yarandığından, bunu etmək mümkün olmayıb. Bütün problemlər artıq həll edilib. Stansiyadan alınan elektrik enerjisi milli enerji sisteminə ötürüləcək və abonentlərə paylanacaq. Digər bloklar bu il ərzində qurulacaq. Layihə üzrə tikinti işləri Wartsila şirkəti ilə birgə aparılır. "Azərenerji" və Wartsila gücü 300 MVt olan yeni modul elektrik stansiyasının tikintisi haqqında müqavilə imzalayıb. Tikinti işlərində İsveç-İsveçrənin ABB şirkəti də iştirak edir. Tikintinin 2008-ci ilin sentyabrında başa çatıdırılması planlaşdırılır. Wartsila Səngəçaldakı modul elektrik stansiyasının qazdan mazuta və əksinə qoşulmasının yeni texnologiyasını təklif edib və bu texnologiya qoşulma prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək. Əvvəllər şirkət qoşulma müddəti kimi 24 saat təklif edirdi. Hazırda bu müddət yarım saatadək azaldılıb. Səngəçal rayonunda yeni elektrikregenerasiya qurğularının tikintisi Abşeron yarımadasının keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təminatı baxımından vacibdir.

Xəbər lenti

Xəbər lenti