...

Azərbaycan XDND "Nefteqaz-30" gəmisini modernləşdirəcək

Energetika Materials 31 Yanvar 2008 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Xəzər Dəniz Neft Donanması (XDND) "Nefteqaz-30" gəmisinin yenidən qurulması üçün ehtiyat hissələrinin əldə edilməsi üzrə tender elan edib. Bu barədə ARDNŞ-dan məlumat verilib.

Avadanlıq və ehtiyat hissələrinin təchizatı müqavilə bağlandıqdan sonra üç aydan gec olmamaqla həyata keçirilməlidir. Məhsulların həcmi il ərzində hissə-hissə ödəniləcək.

Tenderdə iştirak barədə müraciət, iddiaçı haqqında məlumat və digər sənədlər 11 martdan gec təqdim olunmamalıdır. Tender təklifləri martın 18-nə qədər qəbul olunacaq. Tender təkliflərinin açıqlanması martın 19-da baş tutacaq.

Xəbər lenti

Xəbər lenti