...

Avropa bankı Azərbaycanda alternativ enerji üzrə proqramın hazırlanmasında iştirak etməyə hazırdır

Energetika Materials 7 Fevral 2008 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 fevral/ Trend / Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda alternativ enerji üzrə proqramın hazırlanmasında texniki yardım göstərməyə hazırdır. Bu barədə cümə axşamı Avropa bankının təbii ehtiyatlar departamenti başçısının müavini Olvin Baldu Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Cəfərovla görüşdə məlumat verib.

Nazir müavini Azərbaycanda alternativ enerji üzrə layihələrin artıq reallaşdırıldığını bildirb. O cümlədən, Koreyanın STX şirkəti ilə Qobustanda dəyəri $40 mln. olan külək elektrik stansiyasının tikilməsi haqqında müqavilə bağlanıb, Almaniya ilə günəş enerjisindən, Norveçlə kiçik su- elektrik stansiyalarından istifadə üzrə işlər aparılır.

Gülməmmədov yaxın vaxtlarda Quba rayonunda, yüksək dağlıqda yerləşən Xınalıq kəndində biokütlədən enerjinin alınması üzrə layihənin başlayacağını bildirib.

Avropa Bankı hazırda Azərbaycanın müxtəlif sektorlarında bu gün üçün $720 mln. investisiya yatırılan təqribən 80 layihəni reallaşdırır.

Xəbər lenti

Xəbər lenti