...

"Apsheron Investment" EITI təşəbbüsünə qoşulub

Energetika Materials 12 Fevral 2008 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral / " / "Apsheron Investment Ltd" Azərbaycanda çıxarma sənayesində şəffaflıq Təşəbbüsünə (EITI) qoşulub,- çərşənbə axşamı Dövlət Neft Fondunun yaydığı məlumatda deyilir.

Məlumatda deyilir ki, şirkət Azərbaycan hökumətinə 2007-ci il üzrə hesabat təqdim etməlidir. Azərbaycanda EITI iştirakçılarının sayı 26-ya çatıb.

EITI üzrə memorandum 2004-cü il noyabrın 24-də neft və qazın hasilatı və emalı ilə məşğul olan 21 yerli və xarici şirkət, o cümlədən Dövlət Neft Şirkəti, "BP Azerbaijan", "Exxon", "Statoil", "Total", "Lukoil", "Unocal", "Shell", "Devon Energy" arasında imzalanıb. Sonra daha dörd şirkət - "Inpex of Japan", "Binagadi Oil" və "RAFI Oil", "Naftiran Intertrade Co. Limited" (NICO) birləşib.

2006-cı ilin noyabrın əvvəlində Rusiyanın "RussNeft" şirkəti Azərbaycanın Dövlət Neft Şirkəti ilə "Hövsan-Zığ" yatağının işlənməsi və reabilitasiyası üçün PSA tipli müqavilə imzalayıb. Müqaviləyə əsasən, ARDNŞ -ə 25 faiz, "RussHeft" - ə isə, 75 faiz iştirakçı payı düşüb. Müqaviləyə əsasən, şirkət 2 ildən sonra "Hövsan"-"Zığ"da neft hasilatı həcmini 1,5 dəfə artırmalıdır.

2007-ci il noyabrın 6-da Rusiyanın "RussNeft Absheron Investments Limited" şirkəti, "Hövsan-Zığ" a dair müqavilənin qüvvəyə minməsi çərçivəsində, Azərbaycanın Dövlət Neft Fonduna $2 mln. məbləğində bonus ödəyib.

"Zığ" yatağının müqavilə sahəsi 65 kv. km - dir. Hasil edilən qalan neft ehtiyatı 12 mln. ton təşkil edir. Yataq 1935-ci ildə açılıb. Sahədə 234 quyu var, onlardan 168 -i müxtəlif vaxtlarda istismarda olub.

"Hövsan" yatağı 1948-ci ildə açılıb. Hazırda neft hasilatı gündə 260 ton neft və 90 min kubmetr qaz təşkil edir. Hasilat işləri 19 quyuda aparılır.

Xəbər lenti

Xəbər lenti