...

Bakı NEZ-də olan katalitik krekinq qurğusu ştat rejimində işləməyə başlayıb

Energetika Materials 14 Fevral 2008 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral / Trend / "Heydər Əliyev" adına Bakı Neftemalı Zavodunda (NEZ) təmir olunan katalitik krekinq qurğusu ştat rejimində işləməyə başlayıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) məlumatında bildirilir. Qurğuda yüksək oktanlı benzin və mayeləşdirilmiş qaz istehsal olunur.

Təmir zamanı qurğuda yeni müasir avadanlıq quraşdırılıb ki, bu da onun iş effektini artırıb.

Müəssisənin balansında olduğu şirkətin məlumatında bildirilir ki, katalitik krekinq qurğusunun təmiri yanvarın 18-dən başlayıb və fevralın 4-də başa çatdırılıb.

Xəbər lenti

Xəbər lenti