...

Citibank və ABN AMRO ARDNŞ-a $500 mln. kredit təqdim edəcək

Energetika Materials 20 Fevral 2008 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral/ Trend / Citibank və ABN AMRO bankları Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) üçün $500 mln. məbləğində kreditin başlanğıc mərhələsini bitiriblər. Bu barədə RBK bankların mətbuat xidmətlərinə istinadən məlumat verir. Kreditin sindikatlaşdırılması yaxın günlərdə başa çatdırılacaq. ARDNŞ-a illik libor + 1,75% dərəcə ilə üç il müddətinə təmin edilməmiş amortizasiya olunan kredit verilib.

Sindikatlaşdırılmanın başlanğıc mərhələsində müqavilədə aparıcı təşkilatçılar qismində BNP Paribas (Suisse) SA, Calyon, Cooperatieve Centrale Raiffeisen-Boerenleenbank B.A., J.P.Morgan Chase Bank N.A., Societe Generale, Sumitomo Mitsui Banking Corporation Europe Limited, The Bank of Tokyo-Mitsubishi UFJ, Ltd. bankları, həmçinin təşkilatçı qismində Akbank T.A.S bankının Malta şöbəsi iştirak edib.

Xəbər lenti

Xəbər lenti