...

Azərbaycan nümayəndə heyəti Bakıda neft muzeyinin yaradılması üçün ABŞ-ın təcrübəsi ilə tanış olub

Energetika Materials 21 Fevral 2008 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a səfər edib və bu ölkədə neft muzeyi təcrübəsi ilə tanış olub. Bu barədə ARDNŞ-nin məlumatında bildirilir.

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Bakıda neft muzeyi yaradılacaq və ARDNŞ-ə bu layihə üzrə təkliflərin hazırlanması barədə tapşırıq verilib.

Azərbaycandan olan nümayəndə heyətini Vaşinqtonda yerləşən "American Oil and Gas Historical Society" icmasının üzvləri müşayiət edib. ARDNŞ, Mədəniyyət və Turizm Nazrilyi, Azərbaycan Rəssamlar Akademiyası və Azərbaycanın Muzey Mərkəzinin nümayəndələri "Hyuston" təbiət elmləri muzeyi, "Wiess Energy Hall" sərgisi, Qalveston şəhərində üzən qazma qurğusunda yerləşən "Ocean Star Offshore Drilling Rig and Museum" muzeyi, Beamont şəhərində Texas Energetika Muzeyi və "Spindletop/Gladys City Museum" muzeylərində olub və onların rəhbərlikləri ilə görüşlər keçirib.

Nümayəndə heyəti Dallas şəhərində "Fort Vors" və "Oklaxom" elmi-tarixi muzeyləri, "Devon Energy" şirkətinin açıq tipli neft-qaz park-muzeyi və digər muzeylərə də baş çəkib.

Azərbaycan nümayəndə heyəti səfər zamanı "Bob Vayz Dizayn Island" və "Disneyland"in layihələndirilməsində iştirak edən Meksikanın "Legoretto+Legoretto" şirkəti ilə əməkdaşlığın perspektivlərini müzakirə edib.

Bütün şirkətlərlə Bakıda neft muzeyinin yaradılması zamanı onların təcrübələrindən istifadə olunması barədə danışıqlar aparılıb. Bütün şirkət nümayəndələri yardım göstərməkdə marqlı olduqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti