...

Kiyevdə keçiriləcək energetika sammiti Odessa-Brodı-Plotsk neft kəməri layhəsinin TİƏ məsələsinə nöqtə qoyacaq – Ukrayna prezidenti

Energetika Materials 6 Mart 2008 16:07 (UTC +04:00)
Kiyevdə keçiriləcək energetika sammiti Odessa-Brodı-Plotsk neft kəməri  layhəsinin TİƏ məsələsinə nöqtə qoyacaq – Ukrayna prezidenti

Qazaxıstan, Astana, 06 mart / Trend , müxbir K.Konırova/ May ayında Kiyev şəhərində keçiriləcək energetika sammiti "Xəzər neftini Cənubi Avropaya nəql etmək iqtidarında olan Odessa-Brodı-Plotsk neft kəməri layhəsinin Texniki-İqtisadi Əsaslandırlaması (TİƏ) məsələsinə son qoyacaq". Trend ın xüsusi müxbirinin Astanadan verdiyi xəbərə görə, bu barədə cümə axşamı Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev ilə birgə təşkil olunmuş mətbuat konfransında Ukrayna prezidenti Viktor Yuşşenko bildirib.

"Odessa-Brodı-Plotsk layihəsinin Texniki-İqtisadi Əsaslandırılması qarşıdakı energetika sammitində əsas məsələlərdən biri olacaq" - deyə Yuşşenko bildirib

Odessa-Brodı magistral neft kəməri 2001-ci ildə tikilib. O, bir neçə il istifadə olunmayıb. 2004-cü il iyun ayının sonlarında Ukrayna hökuməti Rusiya neftinin revers rejimdə nəqli üçün boru kəmərinidən istifadəsinə icazə verib. Brodı-Plotsk neft kəməri hissəsinin tikinti layihəsinin reallaşdırılması üçün Ukrayna, Azərbaycan, Polşa, Gürcüstan və Litvanın iştirakı ilə "Sarmatiya" Birgə Müəssisəsi yaradılıb.

Şirkətin əsas fəaliyyət istiqamətləri layihə-smeta sənədlərinin hazırlanması, investisiyanın cəlb edilməsi və tikinti işlərinin təmin edilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti