...

Azərbaycan birinci rübdə yüngül neft hasilatını artırıb

Energetika Materials 7 Aprel 2008 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend / "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunu istifadə edən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ), 2007-ci ilin yanvar -mart aylarının 8,2 mln. ton Azeri Light növlü nefti ilə müqayisədə, bu ilin yanvar-mart aylarında təxminən 9 mln. ton neft hasil edib. Bu barədə bazar ertəsi ABƏŞ - dən məlumat verilib.

Birinci rüb ərzində hasil olunan neftin ümumi həcmindən "Çıraq" yatağının payına 1 mln. 519 min ton neft, "Azəri" yatağının payına 7 mln. 560 min ton neft düşür.

ABƏŞ-dən verilən məlumata görə, "Çıraq" yatağından hasil olunan neft 2007-ci ilin martının 599,2 min ton nefti ilə müqayisədə, bu ilin mart ayında 552,3 min. ton təşkil edib. "Azəri" yatağından isə, 2007-ci ilin martındakı 2,3 mln. ton neftlə müqayisədə, 2,7 mln. ton neft hasil edilib.

Xəbər lenti

Xəbər lenti