...

Azərbaycan Yunanıstana qaz ixracının 2008-ci ildə başlanacağını istisna etmir – nazir (video)

Energetika Materials 23 Aprel 2008 13:48 (UTC +04:00)
Azərbaycan Yunanıstana qaz ixracının 2008-ci ildə başlanacağını istisna etmir – nazir (video)

Azərbaycan, Bakı, 23 aprel / " / Azərbaycan "Şah dəniz" yatağından hasil olunan qazın müəyyən hissəsinin 2008-ci ildə Türkiyə vasitəsilə Yunanıstan bazarına daxil olma ehtimallarını istisna etmir.

"Azərbaycan qazı bu gün Türkiyəyə çatdırılır. Güman edirəm ki, bu il qaz Yunanstan bazarına da daxil olacaq", - deyə çərşənbə günü Bakıda Böyük Britaniyanın "Confidence Energy" şirkəti və Azərbaycan Dövlət Neft Akademiyası tərəfndən təşkil olunan II Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında iştirak edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib. Azərbaycan qazının Yunanıstana tədarük üçün nəzərdə tutulan ixrac həcmi hələ açıqlanmır.

Mart ayında Bakıda Yunanıstanın inkişaf naziri Xristos Folias bildirib ki, ölkəsi Azərbaycandan ildə təxminən 1 mlrd. kub metr qaz almaq niyyətindədir.

"Yunanıstan həmçinin Azərbaycan qazının Avropa bazarına nəqli üçün tranzit ölkə qismində çıxış etmək niyyətindədir", - deyə Folias Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevlə görüş zamanı bildirib.

Əliyevin sözlərinə görə, "Nabukko" qaz kəmərinin tikintisi üzrə layihə uğurla reallaşdırılacağı təqdirdə, Azərbaycan şəxsi qazının bir hissəsini Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyaya ixrac etməyə hazırdır. Nazir bildirib ki, Azərbaycanın digər alternativləri də mövcuddur. Misal üçün qazın Qara dənizin dibi ilə Ukrayna və Polşaya ixrac edilməsi.

"Bu gün əsas məsələ neft və qazın, həmçinin neft məhsullarının Xəzər regionundan Avropaya nəqlidir. Burada böyük rəqabət müşahidə olunur, xüsusilə də qaz sektorunda", - deyə nazir vurğulayıb.

Bakıda keçirilən konfrans çərçivəsində Xəzərin təkcə XXI əsrin daha əhəmiyyətli neft-qaz hövzələrindən biri kimi dünya enerji bazarı sisteminə makronteqrasiya məsələləri nəzərdən keçirilmir, burada həmçinin ixrac istiqamətlərinin Xəzəryanı ölkələrin iqtisadiyyat və neft-qaz sahələrinə təsirinin ətraflı təhlili də aparılır. Eləcə də Xəzər hövzəsi ölkələrinin enerji bazarı, regionda ticarət, nəqliyyat infrastrukturu və trazit, neft məhsullarının keyfiyyəti məsələləri təhlil olunur.

Xəbər lenti

Xəbər lenti