Azərbaycan, Bakı, 06 may/ Trend / Azərbaycan Dövlət Neft Şirkətinin İstismar Quyuları Fondu (birgə müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) mayın 1-ə olan məlumatlara görə, 6136 ədəd (ötən ilin mayın 1-də 6146) təşkil edib ki, u da 2007-ci ilin analoji dövründən 10 quyu azdır. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin məlumatında deyilir.
Quyuların ümumi sayından 4875 ədəd (ötən ilin mayın 1-də 4879) mövcud Fondda, 1247 (ötən ilin mayın 1-də 1255) quyu fəaliyyətsiz Fonddadır. 14 quyu (ötən ilin mayın 1-də 12-də) mənimsənilmə mərhələsindədir.