...

ARDNŞ beş ay ərzində 3,2 milyard kub metr qaz hasil edib

Energetika Materials 7 İyun 2008 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyun / Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), əməliyyat şirkətləri (ƏŞ) və birgə müəssisələr (BM) cari ilin yanvar-may aylarında ölkənin affşor və anşor yataqlarında 26,6 mln. bareldən çox neft (3,6 mln. ton) hasil ediblər ki, bu da 2007-ci ilin analoji dövr göstəricisindən 278 min bareldən azdır. Bu barədə ARDNŞ-dan bildiriblər.

ARDNŞ-ın Neft-Qaz Çıxarma İdarələri (NQÇİ) tərəfindən dənizdə və quruda neft hasilatı yanvar-mayda 22,8 mln. barel (3,1 mln. ton) təşkil edib. Bu, ötən ilin analoji dövr göstəricisindən 173 min barel azdır. Xarici şirkətlər BM və ƏŞ çərçivəsində yanvar-may ayları ərzində 3,8 mln. barel neft (518 min ton) hasil ediblər ki, bu, 2007-ci ildəkindən 104 min barel azdır.

Proqnoza əsasən, ARDNŞ, BM və ƏM bu il 64 mln. barel (8,7 mln. ton) neft hasil edəcək. Bu həcmdən 55 mln. barel (7,4 mln. ton) ARDNŞ-ın NQÇİ-i, 9 mln. barel (1,3 mln. ton) isə BM və ƏŞ payına düşəcək.

Yanvar-may ərzində Azərbaycanda ümumi qaz hasilatı 3,2 mlrd. kub metr təşkil edib ki, bu da 2007-ci ilin analoji dövr göstəricisindən 936 mln. kub metr çoxdur. ARDNŞ NQÇİ-nin payına 3,15 mlrd. kub metr qaz düşüb ki, bu, 2007-ci ilin analoji dövr göstəricisindən təxminən 961 mln. kub metr çoxdur. BM və ƏŞ bu dövr ərzində 48,5 mln. kub metr qaz hasil edib ki, bu da 2007-ci ilin analoji dövr göstəricisindən 24,7 mln. kub metr azdır.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yanvar-may aylarında "Azəri-Çıraq-Günəşli" yatağında ARDNŞ üçün 688 mln. kub metr səmt qazı hasil edib. Bu, ötən ilki göstəricidən 524,9 mln. kub metr azdır. ARDNŞ NQÇİ-i proqnozlara müvafiq olaraq 2008-ci ildə 7,850 mlrd. kub metr qaz, BM və ƏŞ - 150 mln. kub metr qaz hasil edəcək. Azərbaycan "Şahdəniz" yatağından 2,9 mlrd. kub metr qaz əldə edəcək. ABƏŞ bu il Azərbaycana 1,4 mlrd. kub metr qaz təhvil verəcək.

Azərbaycanda 57 neft-qaz yatağı var, onlardan 18-i dənizdə, digərləri isə quruda yerləşir. Bu gün ARDNŞ-ın əməkdaş ştatı təxminən 63 min nəfər təşkil edir.

Cari ildə Azərbaycanda neft və qaz hasilatı üzrə ümumi cədvəl:

Neft(min ton) May Yanvar - may
2008 2008 2007 %
Cəmi 738,75 3622,97 3660,68 99
ARDNŞ NQÇİ 633,04 3105,01 3128,55 99,2
BM və ƏŞ 105,71 517,96 532,13 97,3
Qaz(mln. m3)
Cəmi 660,77 3200,42 2264,41 141,3
ARDNŞ NQÇİ 652,81 3151,9 2191,12 143,8
BM və ƏŞ 7,96 48,52 73,29 66,2
Xəbər lenti

Xəbər lenti