...

Azərbaycanın Dövlət Neft Şirkəti iki dəniz yatağında yeni platformalar quraşdıracaq

Energetika Materials 12 İyun 2008 20:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun/ Trend Cap / Azərbaycanın Dövlət Neft Şirkəti "Darvin banka"sı dəniz yatağında yeni platformanın quraşdırılmasına başlayıb. Bu barədə ARDNŞ-nin cümə axşamı yayılan məlumatında deyilir. Platforma suyun 16 m dərinliyində yerləşdiriləcək və hər birinin çəkisi 125 ton olan doqquz blokdan ibarət olacaq. "AZFEN" müəssisəsi ilə birlikdə tikilən platformadan 12 quyu qazılacaq.

1950-ci ildə istismara verilmiş "Darvin banka"sı Pirallahı adasından 6 km məsafədə yerləşir. Yataqdan neftin qalıq ehtiyatları 2,6 mln. ton, təbii qaz - 0,5 mlrd. kubmetr qiymətləndirilir. Yataq "Abşeronneft" NQÇİ tərəfindən işlənir.

NQÇİ bu il "Qərbi Abşeron" yatağında beş blokdan ibarət yeni platformanı istismara verməyi planlaşdırır. Onlardan üçü "Neftqaztikinti" trestinin Tikinti-Quraşdırma İdarəsi tərəfindən tikilib. Qalan iki blok Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilib. Platforma suyun 16 m dərinliyində yerləşdirilib, blokların hündürlüyü 25,5 metrdir.

Yaxın vaxtlarda bloklar gətiriləcək və dənizdə quraşdırılacaq. Burada "Xəzər- 4" üzən qurğunun vasitəsilə artıq dörd quyu qazılıb və müsbət nəticə əldə edilib. İlin sonuna quyular platformaya birləşdiriləcək və o, boru kəmərinə qoşulacaq.

Xəbər lenti

Xəbər lenti