...

"Total E& P-Azerbaijan" şirkətinə yeni Baş menecer təyin olunub

Energetika Materials 19 İyun 2008 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend / Mark Foyad "Total E& P-Azerbaijan" şirkətinin yeni baş meneceri təyin olunub. Hazırki menecer Tyeri Normannın yerinə təyin olunub.

Yeni rəhbər Bakıya gələn Kontinental Avropa və Orta Asiya üzrə "Total" fransız şirkətinin Baş vitse-prezidenti Arno Broyark tərəfindən Azərbaycan Dövlət Neft Şirkəti rəhbərliyinə təqdim olunub.

Bu ilin əvvəlində Azərbaycan Dövlət Neft Şirkəti və "Total" perspektivli "Abşeron" dəniz blokunun birgə işlənməsinin əsas kommersiya prinsipləri üzrə müqavilə imzalayıblar. Sözügedən dəniz blokunda kommersiya baxımından karbohidrogen həcmi cəlbedici olmadığından, yatağın əcnəbi şirkətlər tərəfindən öyrənilməsi bir neçə il əvvəl dayandırılmışdı. Layihədə ARDNŞ-nin və "Total"ın birgə operatorluğu ehtimal olunur. Gələcək müqavilədə pay faizi müvafiq olaraq, 40 faiz və 60 faiz sxemi üzrə bölüşdürüləcək.

Əvvəllər "Abşeron" blokunda Amerikanın "ChevronTexaco" şirkətinin operatorluğu altında Şirkətlər Konsorsiumu işləyib. Sözügedən müqavilədə "Total" da iştirak edib, lakin quyu qazıldıqdan sonra, yataqda aşkar olunan eytiyatların kommersiya cəhətdən cəlbedici olmadığı təsdiq olunub.

"Total" Azərbaycanda "Şahdəniz" qaz kondensatı yatağının işlənmə layihəsində də iştirak edir. Sözügedən layihədə "Total" iştirak payı 10 faizdir (Cənubi-Qafqaz qaz kəmərində də 10 faiz iştirak payına) malikdir. "Total" Bakı-Tbilisi-Ceyhan neft kəmərinin səhmdarı kimi də çıxış edir. Burada şirkət 5 faiz pay iştirakına malikdir.

Xəbər lenti

Xəbər lenti