...

Azərbaycanın yüngül neftinin ixracı əhəmiyyətli dərəcədə artıb

Energetika Materials 7 İyul 2008 18:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend / Cari ilin yanvar-iyun aylarında "Azəri-Çıraq-Günəşli" dəniz blokunu mənimsəyən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 2007-ci ilin yanvar-iyun aylarında qeydə alınan təxminən 14,6 mln. tona nisbətdə təqribən 18,2 mln. ton Azeri Light növlü neft ixrac edib.

Yanvar-iyun aylarında BTC boru kəməri ilə 17,5 mln. tondan çox neft ixrac olunub ki, bu göstərici ötən ilin analoji dövründə təqribən 13,1 mln. ton təşkil edib.

Cari ilin mart ayında ABƏŞ Gürcüstanın Qara dəniz Batumi limanı istiqamətində dəmir yolu marşrutu üzrə ixracı bərpa edib. Mart -iyunda bu istiqamətdə təxminən 574,1 min ton, iyunda təqribən 124,3 min ton neft nəql olunub. Bakı -Novorossiysk boru kəməri ilə ixrac həyata keçirilməyib. May-iyun aylarında Bakı - Supsa boru kəməri ilə 7,7 min ton, iyunda isə, təxminən 4,4 min ton neft ixrac olunub.

Bakı-Novorossiysk boru kəməri ilə 2007-ci ildə 856,3 min ton neft ixrac olunub. Bu göstərici 2006 - cı ildə 3,5 mln. ton təşkil edib. Ötən il Batumi limanına 986 min ton neft göndərilib ki, bu göstərici 2006 -cı ildə 4,2 mln. ton təşkil edib. Ümumilikdə ötən il ərzində Bakı-Supsa boru kəmərində təmir işləri aparıldığından, neft ixrac olunmayıb.

Xəbər lenti

Xəbər lenti