...

Azərbaycan neftinin qiyməti: 14-18 iyul həftəsinin yekunları

Energetika Materials 21 İyul 2008 14:31 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 14-18 iyul həftəsinin yekunları
Azərbaycan, Bakı, 21 iyul / ,müxbir A.Bədəlova/ İyulun 14-18 həftəsi ərzində də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $140,01/barel təşkil edib ki, bu da keçən həftənin orta qiymətindən $3,53/barel azadır.İyulun 14-18 həftəsi ərzində AZERI LT-ın makmsimal qiyməti $147,77, minimal qiyməti $134,4 olub. Azeri Light-ın APİ üzrə sıxlığı 34,6 dərəcə, xammalın tərkibi 0,14 faizdir. İyulun 14-18 həftəsi ərzində Azərbaycanın Novorossiysk limanında satdığı URALS (EX-NOVO) neft növünün qiyməti $129,21/barel olub ki, bu da keçən həftənin qiymətindən $3,31/barel azdır.İyulun 14-18 həftəsi ərzində URALS-ın maksimal qiyməti $136,83/barel, minimal qiyməti isə $123,56 barel olub.URALS-ın APİ üzrə sıxlığı 32 dərəcə, xammalın tərkibi 1,3 faizdir. Lakin bu növ spesifikasiyasının satılması zamanı neft tərkibində keyfiyyətli neftin az və ya çox olmasından asılı olaraq, müxtəlif vaxtlarda dəyişir.İyulun 14-18 həftəsi ərzində Brent Dated növünün qiyməti $135,23/barel olub ki, bu da keçən həftənin qiymətindən $2,35/barel azdır.Keçən həftə Brent-in bir barelinin maksimal qiyməti $142,24/barel, minimal qiyməti isə $130,11/barel olub.Brent Dated API üzrə sıxlığı 38,3 dərəcə, xammalın tərkibi 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti