...

PetroVietnam və "Özbəkneftqaz" əməkdaşlıq barədə razılığa gəliblər

Energetika Materials 6 Avqust 2008 20:45 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 06 avqust/ Trend müxbir T.Jukov/PetroVietnam şirkətinin nümayəndə heyəti işgüzar səfərlə Özbəkistanda olub. Bu barədə Trend -ın Daşkənddəki xüsusi müxbiri məlumat verib.

Vyetnamın PetroVietnam şirkəti geoloji - kəşfiyyat sahəsində "Özbəkneftqaz" Milli Holdinq Şirkətinin (MHŞ) təcrübəsini öyrənmək üçün öz mütəxəssislərindən ibarət nümayəndə heyətini göndərib. Bu barədə Trend -a Holdinqin mətbuat xidmətindən məlumat veriblər. "Danışıqlar zamanı Holdinq rəhbərliyi ilə birgə işin perspektivləri barədə fikir mübadiləsi aparılıb", - rəsmi bəyanatda bildirilir. Vyetnamın PetroVietnam şirkəti Mərkəzi Asiyada ən iri Respublika Geologiya və Neft və Qaz Yataqlarının Kəşfiyyatı İnstitutu (RGNQYK) və "Özbəkgeofizika" ASC-yə baş çəkib.

Mümkün əməkdaşlıq formaları arasında aşağıdakıların adları çəkilib: yeni ərazilərin neft -qazvermə səviyyəsinin birgə öyrənilməsi, mütəxəssis mübadiləsi və servis xidmətlərinin göstərilməsi. Tərəflər əməkdaşlığın əsas istiqamətlərinin müəyyən edilməsi məqsədilə Memorandum hazırlamaq barədə razılığa gəliblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti