...

Avqustda Azərbaycanda yüngül neft hasilatı azalıb

Energetika Materials 5 Sentyabr 2008 20:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 sentyabr/ Trend / "Azəri - Çıraq - Günəşli" dəniz yataqları blokunu mənimsəyən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yanvar-avqustda 24,6 mln. ton Azeri Light növlü neft hasil edib. 2007- ci ilin analoji dövründə isə, hasilat 22,7 mln. ton olub, -ABƏŞ - dən cümə günü bildiriblər.

Yanvar-avqustda hasil edilən neftin təxminən 4 mln. tonu "Çıraq" (2007- ci ilin yanvar-avqustunda - 4,5 mln. ton), təxminən 19,7 mln. ton "Azəri" (2007-ci ilin yanvar-avqustunda - 18,6 mln. tondan çox), 895,46 min ton "Günəşli" yatağının (ötən il neft hasil edilməyib) payına düşüb.

ABƏŞ - dən bildiriblər ki, avqustda "Çıraq" yatağından neft hasilatı 2007- ci ilin avqustundakı 514 min tona qarşı 377,4 min ton olub. "Azəri" yatağının payına 1,3 mln. tondan çox neft düşüb. Ötən ilin analoji dövründə isə, bu rəqəm təxminən 2,45 mln. ton olub. "Günəşli" yatağından təxminən 208 min ton neft hasil edilib. Ötən il bu yataqdan neft hasil edilməyib.

Xəbər lenti

Xəbər lenti