Azərbaycan, Bakı, 06 sentyabr/ Trend / Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (keçmiş "Azneftyanacaq) yanvar-avqustda ötən ilin müvafiq dövründəki 43,1 min tona qarşı 123,4 min ton (2,9 dəfə çox) koks istehsal edib,- Azərbaycan Dövlət Neft Şirkətindən bildiriblər.
2007- ci ildə neft koksunun ümumi həcmi 85 min ton olub.
2006 - cı ildə 67,24 min ton koks istehsal edilib. 2005 - ci ildə isə, müəssisədə koks istehsal edilməyib. Azərbaycanda istehsal edilən neft koksunun əsas istehlakçıları Rusiyanın alüminium zavodlarıdır.