...

ARDNŞ Abşeron yarımadasının yeni ekoloji xəritəsini təqdim edib

Energetika Materials 19 Sentyabr 2008 01:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr/ Trend müxbir E.İsmaylov/ Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ekoloji İdarəsi yeni, irimiqiyaslı Abşeron yarımadasının ekoloji xəritəsinin təqdimat mərasimini keçirdi. Bu barədə ARDNŞ cümə günü yayılan məlumatında bildirilir.

Xəritədə ARDNŞ neft istehsal olunan ərazidə neftlə çirklənmiş torpaqlar əksini tapıb, su altında qalan ərazilər və digər tullantılarla çirklənən yerlər.

Bu xəritənin hazırlanması, Azərbaycanın prezidenti İlham Əliyevin 28 sentyabr 2006-cı ildə təstiq edilmiş sərəncamı ilə, "AR-nın 2006-cı və 2010-cu illərdə ekoloji vəziyyətinin yaxşılaşdırılması haqqında kompleks tədbirlər planı" ilə nəzərdə tutulmuşdur.

Xəritə beynəlxalq Ekoenerji akademiyası tərəfindən hazırlanıb. Görülən işlər çərçivəsində neft və qaz istehsal olunan ərazilərdə monitorinq aparılmışdır, əldə olunan məlumatlar laboratoriya şəraitində analiz olunmuş və xəritədə öz əksini tapmışdır.

133 xəritə hazırlanmışdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti