...

Azərbaycanda Neftçilər Günü qeyd olunur

Energetika Materials 20 Sentyabr 2008 08:34 (UTC +04:00)
Azərbaycanda Neftçilər Günü qeyd olunur

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 sentyabr / Trend , müxbir S.Əliyev/ Sentyabrın 20-də Azərbaycanda Neftçilər Günü və їAzəri ї Çıraq ї Günəşliї iri dəniz yataqları blokunun işlənilməsinə dair imzalanan їƏsrin Müqaviləsiїnin imzalanmasının 14 illiyi qeyd olunur. Neftçilər Günü 2001-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin fərmanı ilə təsis edilib.

Neftçilər Günü ilə əlaqədar dənizkənarı milli parkda böyük xalq gəzintiləri keçiriləcək, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) bölmələrinin sərgisi təşkil ediləcək və görülən işlər, şirkətin planları haqqında məlumat veriləcək. Dənizkənarı milli parkda bayram konserti təşkil ediləcək.

1994-cü il sentyabrın 20-də imzalanmış їƏsrin Müqaviləsiї Xəzərin Azərbaycan şelfinin neft və qaz ehtiyatlarının fəal mənimsənilməsinin başlanğıcını qoyub. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətini (ABƏŞ) yaradan saziş iştirakçıları arasında Amerikanın Amoco, McDermott, Unocal, Pennzoil, Exxon, Britaniyanın BP və Ramco, Norveçin Statoil, Rusiyanın LUKoil, Türkiyənin TPAO və Səudiyyə Ərəbistanının Delta Oil şirkətləri olub.

Sonradan konsorsiumda iştirak edən şirkətlərin sayı dəyişikliklərə uğrayıb. Müqavilədə iştirak payları yenidən bölünüb və yenidən alınıb. McDermott müqavilədən çıxıb, Yaponiyanın İtochu şirkəti ABƏŞ-ə daxil olub, iki neft nəhəngi BP və Amoco birləşib. Artıq layihənin iştirakçısı olan Exxon şirkəti ilə birləşən Amerikanın Mobil şirkəti konsorsiuma daxil olub.

Bundan əlavə, yeni їadlarї yaranıb: Devon Energy (keçmiş Pennzoil). Britaniyanın Ramco şirkəti isə 2000-ci ildə öz payını (2,0825) $150 mln.-a Delta Hess Səudiyyə Ərəbistanı ї Amerika şirkətinə sataraq layihədən çıxıb. Sonradan Rusiyanın LUKoil şirkəti 10 faizlik payını Yaponiyanın İnpex şirkətinə sataraq layihədən çıxıb. Chevron şirkəti Unocal şirkətini alıb və bu layihədə iştirak payı əldə edib.

Hazırda layihənin iştirakçıları aşağıdakılardır: BP (34,1367 faiz iştirak payı), Chevron (10,2814 faiz), ARDNŞ (10 faiz), Inpex (10 faiz), Statoil (8,5633 faiz), ExxonMobil (8,006 faiz), TPAO (6,75 faiz ), Devon Energy (5,6262 faiz), Itochu (3,9205 faiz), Delta Hess (2,7213 faiz).

Ötən on il ərzində konsorsiuma dörd prezident rəhbərlik edib: Terri Adams, Devid Priçard, Con Leqat və Deyvid Vudvord. 2006-cı ilin sonundan ABƏŞ-ə Bill Şreder rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti