...

BP "Azəri – Çıraq – Günəşli" yataqları blokundan hasilatın artırılması layihəsi çərçivəsində hasilat həcmini açıqlayıb

Energetika Materials 22 Sentyabr 2008 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr / Trend , müxbir S.Əliyev/ BP Azerbaijan şirkəti - "Azəri - Çıraq - Günəşli" (AÇQ) yataqları blokunun işlənilməsi layihəsinin operatoru bazar ertəsi bu yataqlardan neft hasilatının artırılması layihəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair sənədləri açıqlayıb.

Layihəyə əsasən, şirkət "Balaxanı" lay dəstəsindən neft hasilatı üçün yeni platforma quraşdırmaq niyyətindədir. Hazırda AÇQ - də yeddi platforma istismar edilir. Yeni platformanı "Çıraq" və "Günəşli" yataqlarındakı platformalar arasında yerləşdirmək nəzərdə tutulur.

Bu layihə çərçivəsində neft ehtiyatları 331 mln. barel qiymətləndirilir. Tikintisini 2013 - cü ildə başa çatdırmaq nəzərdə tutulan yeni platformadan 28 hasilat və 17 basma quyusu qazılacaq. İlk neftin hasilatı 2013 - cü ilin üçüncü rübündə başlayacaq. Sutkalıq xammal hasilatı 185 min barel neft və 60 mln. kubfut qaz həcmində proqnozlaşdırılır.

Layihənin realizəsinin sürətləndirilməsi üçün "Dədə Qorqud" üzən qazma qurğusundan qabaqlayıcı qazma həyata keçiriləcək.

Layihə çərçivəsində BP- nin Bakı - Tbilisi - Ceyhan boru kəmərinin başlanğıcını götürdüyü Səngəçal terminalının genişləndirilməsi üzrə işlərin görülməsi nəzərdə tutulur.

AÇQ platformasında yeni platformanın qurulması "Balaxanı" lay dəstəsinin işlənilməsi üçün lazımdır. Məhz bu məqsədlə iki yeni platformanın tikintisini gündəlikdə dayanır. Onlardan biri "Çıraq" yatağının və "Günəşli"nin dərinsulu hissəsinin, ikincisi isə, "Azəri" yatağının qərbi, şərqi və mərkəzi hissələrinin əhatə olunması üçün lazımdır.

BP şirkəti yeni laylardan neft hasilatı hesabına "Azəri - Çıraq - Günəşli" yataqları blokunun tammiqyaslı işlənilməsi layihəsinin genişləndirilməsi üçün yeni platformaların tikintisini həyata keçirmək niyyətindədir. Bu, "Balaxanı" lay dəstəsini də əhatə edir.

Şirkət, yeni laylardan əlavə neft hasilatı hesabına, hasilatı mümkün olduqca yüksək səviyyədə saxlamaq niyyətindədir. Hesablamalara əsasən, 2013 - cü ildə "Çıraq" yatağında platforma tikintisinin başa çatması sutkada 100 min barel neft hasilatını təmin edəcək və sabit hasilat dövrünü 1 il uzadacaq. 2015 - ci ildə "Azəri" yatağında platformanın tikintisinin analoji nəticə verəcəyi gözlənilir.

Müəlliflə əlaqə saxlamq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti