Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir S.Babayeva/ Cari ilin yanvar-sentyabrında "Azneftkimyamash" ASC istehsalı 36,5 faiz artırıb. Bu barədə çərşənbə günü ASC-nin baş iqtisadçısı Nəriman Böyükkişi bildirib.
Onun sözəlirən görə, doqquz ay ərzində 28,5 mln. manat həcmində neft-mədən, geoloji-axtarış avadanlıqları, alətlər və onlrın ehtiyat hissləri istehsal olunub. 20 mln. manatlıq məhsul reallaşdırılıb ki, bu da 2007-ci ilin analoji dövr göstəricisi ilə müqayisədə 45 faiz çoxdur.
Bu dövr ərzində Zabrat maşınqayırma zavodu 4,4 mln. manat, Suraxanı maşınqayırma zavodu 4 mln. manat, "Baki fəhləsi" zavodu 3,4 mln. manat, Sabunçu EİB 2,6 mln. manat, Bakı neft-mədən maşınqayırma zavodu 3,4 mln. manat, Sərdarov adına zavod 1,8 mln. manat, Bakı maşınqayırma zavodu 2 mln. manat, Səttarxan adına zavod 2,5 mln. manat həcmində məhsul istehsal edib.
2008-ci ildə təşkilat 33,5 mln. manat həcmində istehsal proqnozlaşdırır.
"Azneftkimyamash" ASC Respublika prezidentinin 2001-ci il 22 mart tarixli sərəncamı ilə "Azneftkimyamash" dövlət şirkətinin bazasında yaradılıb. ASC-nin tərkibinə 14 maşınqayırma zavodu, 4 elmi-tədqiqat və layihə-konstruktor institutu daxildir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - capital