...

Yanvar - sentyabrda Azərbaycanın daxili bazarında neft bitumunun satışı artıb

Energetika Materials 16 Oktyabr 2008 20:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr/ Trend / Yanvar-sentyabrda  Azərbaycanın daxili bazarına 3,6 mln. neft məhsulları göndərilib ki, bu da 2007-ci ilin doqquz ayı üzrə göstəricidən 8, 6 faiz çoxdur. Bu barədə ölkənin Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Neft məhsullarının ümumi həcmindən 670,7 min ton avtomobil benzininin payına düşüb ki, bu da 2007-ci ilin analoji dövründən 17,3 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton A-92 markalı benzinin topdansatış qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 670 manat, A-95 markalı benzinin qiyməti 736 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, doqquz ay ərzində Azərbaycanın Azpetrol şirkəti realizə edilmək üçün təxminən 341,4 min ton, LUKoil isə, təxminən 102 min ton avtomobil benzini alıb.

Yanvar- sentyabrda daxili bazarda 767,6 min ton dizel yanacağı satılıb ki, bu da 2007-ci ilin analoji dövründən 51,1 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton dizel yanacağının qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 485 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azpetol bu həcmdən 248,7 min ton, LUKoil təxminən 79,1 min tondan çox alıb. Xəzər Dəniz Gəmiçiliyi 13 min tondan çox dizel yanacağı əldə edib.

Daxili bazarda ən çox yanacaq mazutu reallaşdırılıb. Cari ilin yanvar-sentyabrinda 833,2 min ton mazut satılıb ki, bu da 2007-ci ilin analoji dövründən 35,8 faiz azdır. Azərbaycanın daxili bazarında 1 ton M - 40 mazutun qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 100 manatdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azenerji SC təxminən 449,1 min ton, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu isə, sonradan emal edilmək üçün, təxminən 303,3  min ton mazut alıb.

Bu dövrdə 397,5 min ton aviasiya kerosini satılıb ki, bu da 2007-ci ilin analoji dövründən 16 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton aviasiya kerosini (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 307 manatadır.

Yanvar-sentyabrda daxili bazarda 131,1 min ton neft bitumu satılıb. Bu, 2007-ci ildən 18,5 faiz çoxdur. Azərbaycanın daxili bazarında BN 60/90 markalı bitumun 1 tonunun (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) qiyməti 160 manatdır.

Yanvar-sentyabrda  daxili bazarda 70,1 min ton mayeləşdirilmiş neft qazı (LPG) satılıb ki, bu da 2007-ci ilin yanvar-iyulundan 22 faiz azdır.

Daxili bazarda 746,1 min ton həcmində digər neft məhsulları satılıb ki, bu da 2007-ci ilin yanvar-sentyabrından 70 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti