...

OPEK Azərbaycandan neftin tədarük proqnozunu azaldıb

Energetika Materials 27 Oktyabr 2008 21:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr/ Trend , müxbir A.Bədəlova/ 2008-ci ilin dördüncü rübündə Azərbaycandan tədarük edilən neftin həcmi sutkada 1,09 mln. barel təşkil edəcək, OPEK-in karetlin rəsmi saytında yerləşdirilmş məruzəsində bildirilir.

Təşkilatın hesablamalarına əsasən, orta hesabla 2008-ci ildə Azərbaycandan tədarük edilən neftin həcmi sutkada 120 min barel artımla sutkada 980 min barel təşkil edəcək.

Bu göstərici OPEK-in əvvəllər proqnozlaşdırdığı həcmdən sutkada 21 min barel azdır.

Kartelin proqnozlarına əsasən, cari ildə Qazaxıstandan tədarük edilən neftin həcmi sutkada 71 min barel artımla sutkada orta hesabla 1,42 mln. barel təşkil edəcək. 2008-ci ilin dördüncü rübündə Qazaxıstan sutkada 1,5 mln. barel xammal tədarük edəcək.

OPEK-in proqnozlarına əsasən, cari ildə Rusiyanın tədarükünün həcmi sutkada 20 min barel - sutkada 9,85 mln. barelədək azalacaq. 2008-ci ilin dördüncü rübündə Rusiya sutkada 10,03 mln. barel neft tədarük edəcək.

2009-cu ildə OPEK-ə daxil olmayan dövlətlərdən tədarük edilən neftin ümumi həcmi sutkada 970 min barel - 50,7 mln. barelədək artacaq. Dördüncü rübdə bu ölkələrin tədarük etdiyi neftin həcmi sutkada orta hesabla 50,83 mln. barel təşkil edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti