Azərbaycan, Bakı, 12 noyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Amerika Birləşmiş Ştatlarının energetika naziri Samuel Bodmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan və ABŞ arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində münasibətlərin uğurla inkişaf etdiyi qeyd edilib. Həyata keçirilən qlobal enerji layihələrində iki ölkə arasında əməkdaşlığın əhəmiyyəti qeyd edilib və gələcəkdə əməkdaşlığın genişləndirilməsinə əminlik ifadə olunub.
Söhbət zamanı qeyd olunub ki, Bakıda keçiriləcək enerji sammiti energetika sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edəcək.