Azərbaycan, Bakı, 18 noyabr/ Trend / SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Qara dəniz Novorossiysk limanından REBCO markalı şəxsi neft partiyasının satışına dair tender elan edib.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumatda bildirilir ki, 600 min barel həcmində neft partiyası dekabrın 28-31-də göndəriləcək.
Tenderə noyabrın 20-də yekun vurulacaq, nəticələr noyabrın 21-də açıqlanacaq.