...

Naxçıvanda yeni su elektrik stansiyası tikiləcək

Energetika Materials 3 Dekabr 2008 14:32 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 03 dekabr / Trend , müxbir E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kəndində yeni su elektrik stansiyası (SES) tikiləcək. SES kənd ərasizindən keçən Gilançay üzərində inşa olunacaq. Stansiyada ümumi güc 20 meqavat, illik elektrik enerjisi istehsalı 80 milyon kilovat-saat olacaq.

Stansiyada istehsal olunacaq elektrik enerjisi Muxtar Respublikanın elektrik şəbəkələrinə 15 kilometr uzunluqlu 110 kilovoltluq 2 dövrəli elektrik xətti ilə ötürüləcək.

Stansiyanın tam gücü ilə işləməsi üçün kanala saniyədə 10,5 kubmetr su buraxılması təmin olunacaq.

Tikinti işləri 2010-cu ildə başa çatdırılacaq. Stansiya istismara verildikdən sonra burada Muxtar Respublikanın elektrik enerjisinə olan tələbatının 17-18 faizi qədər elektrik enerjisi istehsal etmək mümkün olacaq.

Bunun üçün stansiyaya hər biri 9,5 meqavat gücü olan 2 ədəd Pelton tipli su turbini alınacaq.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti