...

Cümə günü Qazaxıstanda bir sıra neft-qaz müqavilələri imzalanacaq

Energetika Materials 5 Dekabr 2008 14:51 (UTC +04:00)

Qazaxıstan, Astana, 05 dekabr/ Trend , müxbir K.Konırova/ Cümə günü Almatıda Milli Şirkət "KazMunayQaz" karbohidrogen tədqiqatı və hasilatı üzrə bir sıra müqavilələr imzalayacaq. Bu barədə Milli Şirkətin mətbuat xidməti məlumat verir.

Bu gün Qazaxıstan Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi ilə "Kazmunayqaz" arasında Urixtau yatağında karbohidrogen xammalı üzrə tədqiqatın aparılması və hasilatı üzrə müqavilə, "Kazmunayqaz" ilə BG arasında karbohidrogen tədqiqatı və hasilatı sahəsində bir sıra imkanların öyrənilməsinə dair saziş imzalanacaq.

Həmçinin "Kazmunayqaz" və "Kaspian Tristar" MMT (yerli maraqlar qrupu) arasında "Ölü Kultuk" sahəsində tədqiqat və hasilat üzrə müqavilədə yeraltı sərvətlərdən istifadə hüququnun 50 faizinin ötürülməsi barədə saziş və "Kazmunayqaz" ilə ConocoPhillips arasında "N" layihəsi üzrə əməkdaşlıq prinsipləri barədə müqavilə imzalanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti