...

"LUKoyl" Xəzərin Azərbaycan sektorundakı perspektivli "Yalama" strukturunda qazmanı başa çatdırıb

Energetika Materials 18 Dekabr 2008 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr/ Trend , müxbir E.İsmayılov/ "LUKoyl" şirkəti Xəzərin Azərbaycan sektorunda perspektivli D -222 struktrunda ("Yalama") ikinci kəşfiyyat quyusunun qazılması zamanı kommersiya baxımından cəlbedici karbohidrogen ehtiyatları aşkar etməyib, - neft sənayesindəki məlumatlı mənbə cümə axşamı bildirib.

Onun sözlərinə görə, "layihə dərinliyinə çatdıqda karbohidrogen ehtiyatları aşkar edilməyib". Hazırda quyuda ləğvetmə işləri aparılır - quyunun yerinə yetirilmiş öhdəliklər qismində hesablanacaq ləğvi gedir.

İkinci kəşfiyyat quyusunun layihə dərinliyi 2650 metr təşkil edib. Qazmanı Overseas Operating Company Ltd. şirkəti həyata keçirib. Quyu "Yalama"dakı birinci kəşfiyyat quyusundan 22 km aralıda suyun 690 metr dərinliyində qazılıb. Qazma Danimarkanın Maers Drilling şirkətinə məxsus Heydər Əliyev adına qazma qurğusundan həyata keçirilib.

LUKOYL "Yalama"da ilk quyunu 2005 - ci ildə qazıb. Quyunun dərinliyi 4400 m, layihə dərinliyi 4500 m təşkil edib. Qazma zamanı şirkət üçün kommersiya maraqları kəsb etməyən cüzi həcmdə karbohidrogen aşkar olunub.

"Heydər Əliyev adına" qazma qurğusu suyun 1000 metr dərinliyində 9 min metrədək dərinlikdə quyu qazmaq üçün nəzərdə tutulub. Xəzərin maksimal dərinliyi 1025 m təşkil edir,bu isə o deməkdir ki, qurğu dənizin bütün akvatoriyasında işləyə bilər.

"Yalama" (D -222 bloku) strukturunun işlənməsi üzrə müqavilə 1997- ci il iyulun 3 - də imzalanıb.

Bu layihənin iştirakçıları aşağıdakılardır: "LUKoyl" - 65 faiz, SOCAR şirkəti (Azərbaycanın Dövlət Neft Şirkəti) - 20 faiz və Gaz de France - 15 faiz.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti