Azərbaycan, Bakı, 19 dekabr/ Trend , müxbir A.Bədəlova/ Dünyada ən iri banklardan biri - Amerikanın JP Morgan bankının proqnozlarına görə, 2009-cu ildə qazın orta qiyməti bankın əvvəllər proqnozlaşdırdığı 1 min kubmetrə görə 267,14 dollara qarşı 216,6 dollar təşkil edəcək.
JP Morgan-dan Trend -a bildirdiklərinə görə, gələn il qazın maksimal qiyməti dördüncü rübdə müşahidə ediləcək - 1 min kubmetrə 234,65 dollar, minimal - ikinci rübdə - 198,55 dollar. 2009-cu ilin birinci və üçüncü rübündə qazın qiyməti 216,6 dollar təşkil edəcək.
Proqnozlara görə, 2008 - ci ilin yekunlarına üzrə qazın orta qiyməti JP Morgan-ın əvvəllər proqnozlaşdırdığı 1 min kubmetrə görə 330,315 dollara qarşı 321,29 dollar təşkil edəcək. Cari ilin sonuncu rübündə qazın 1 min kubmetrinin qiyməti 231,04 dollar olacaq.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]