...

OPEK 2009 - cu ildə dünyada neftə tələbatın mənfi artımını proqnozlaşdırır

Energetika Materials 16 Yanvar 2009 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar/ Trend , müxbir A.Bədəlova/ OPEK 2009 - cu ildə dünyada neftə tələbatın sutkada 0,2 mln. barel - 2008 - ci ildə sutkada 85,84 mln. barelə qarşı sutkada 85,66 mln. barelədək azalacağını proqnozlaşdırır.

Bu il neftə ən aşağı tələbat ikinci rübdə müşahidə olunacaq - sutkada 84,99 mln. barel. Ən yüksək tələbat dördüncü rübdə olacaq - sutkada 86,79 mln. barel.

OPEK - in neft bazarı üzrə yanvar məruzəsində deyildiyi kimi, dünya iqtisadiyyatının zəifləməsi bu il xüsusilə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində tələbata güclü təsir göstərəcək. İƏİT ölkələrində tələbat təxminən sutkada 1 mln. barel - 2008 - ci ildə sutkada 47,71 mln. barelə qarşı 46,73 mln. barelədək azalacaq.

İƏİT ölkələrində tələbatın azalması, əsasən, ABŞ - ın hesabına müşahidə olunacaq. OPEK - in proqnozlarına əsasən, 2009 - cu ildə bu ölkədə tələbat 0,58 mln. barel - sutkada 23,78 mln. barelədək azalacaq.

2009 - cu ildə keçmiş Sovet İttifaqı ölələrində neftə tələbat 2008 - ci ildə sutkada 4,13 mln. barelə qarşı 4,18 mln. barel təşkil edəcək.

OPEK - in proqnozlarına görə, 2009 - cu ildə İƏİT ölkələrinin neft ixracı sutkada 110 min barel - sutkada 19,68 mln. barelədək azalacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti