...

Gürcüstan büdcəsinə neft məhsulları idxalından 400 milyon laridən çox kapital daxil olub

Energetika Materials 19 Yanvar 2009 13:42 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ 2008-ci ildə neft məhsullarının idxalı nəticəsində Gürcüstanın dövlət büdcəsinə 407 mln. 753 min 899 lari (bir dollar 1,678 laridir) daxil olub. Bu barədə Trend -a Gürcüstan Maliyyə Nazirliyindən bildiriblər.

Əldə olunan vəsait 2007-ci ilin göstəricisindən  44 mln. 742 min 759 lari artıqdır.

Benzin idxalı nəticəsində xəzinəyə 212 mln. 213 min 520 lari daxil olub ki, bu da ötən ilin analoji göstəricisini səkkiz faiz üstləyir; kerosin idxalından - 30 mln. 813 min 579 lari ( 49 faiz artıq); dizel idxalından - 146 mln. 73 min 10 lari (14 faiz artıq); maşın yağı idxalından - 13 mln. 607 min 96 lari (13 faiz artıq); maye qaz idxalından - 3 mln. 533 min 941 lari (33 faiz artıq); mazut idxalından isə 1 mln. 512 min 753 lari (36 faiz artıq) daxil olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti