...

Azərbaycan elektrik enerjisinin idxalını xeyli azaldıb

Energetika Materials 19 Yanvar 2009 19:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar / Trend / 2008 - ci ilin yanvar - noyabrında Azərbaycana 265,1 mln. kVt/saat elektrik enerjisi idxal olunub. Bu,  2007-ci ilin analoji dövrü ilə müqayisədə 64,6 faiz azdır. İdxal edilən elektrik enerjisinin dəyəri 10,5 mln. dollardan çox olub  - ötən ilin analoji dövrü ilə müqayisədə 54,1 faiz az.

2008 - ci ildə idxal edilən məhsulların ümumi həcmindən 764,6 min ton (2007 - ci illə müqayisədə 15,3 faiz çox) dəyəri 23,6 mln. dollardan çox olan (2007- ci illə müqayisədə 29,3 faiz az) sement klinkerlərinin payına düşür.  İdxal edilən sementin həcmi təxminən bir milyon ton (41,7 faiz çox), dəyəri  48,5 mln. dollardan çox (31,4 faiz çox) olub.

Yanvar-noyabr ərzində Azərbaycana 502,3 min qaz, su və elektrik sayğacı idxal edilib  və bu, 2007-ci ilin 11 ayı  ilə müqayisədə 38,1 faiz azdır. İdxal edilmiş sayğacların dəyəri 33 mln. dollardan çox olub  -ötən ilin göstəricilərindən 14,1 faiz çox.

Xəbər lenti

Xəbər lenti