...

2009-cu il üzrə neftin orta qiyməti barelə görə 50 dollardan az olmayacaq – "LUKoyl" şirkətinin rəhbəri

Energetika Materials 30 Yanvar 2009 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar/ Trend / 2009-cu il üzrə neftin orta qiyməti bir barelə görə 50 dollardan az olmayacaq. Bu rəyi "Russian Today"ə müsahibəsində "LUKoyl" şirkətinin rəhbəri səsləndirib, - RBK yazır. "Biz nikbinik və hesab edirik ki, ümumilikdə il üzrə qiymət 50 dollardan [barelə görə] az olmayacaq. Belə ki, əks təqdirdə neft şirkətləri gələcək istehlakçılarımız üçün sabit enerji daşıyıcıları tədarükündə qarant ola bilməyəcəklər", - Vahid Ələkbərov deyib.

Bununla yanaşı, onun hesablamasına görə, neft şirkətlərinə tədarükü təmin edəcək və böhrandan çıxan zaman qiymətlərin kəskin artımına yol verməyəcək obyektiv qiymət barelə görə 70-90 dollar civarında dəyişir.

Xatırladaq ki, RF-nin İqtisadi İnkişaf Nazirliyi 2009-cu il üçün əsas makroiqtisadi göstəricilər proqnozunu bir barel neftin qiymətini 50-60 dollar səviyyəsində nəzərə almaqla hesablayıb. 2009-cu ildə hadisələrin inkişafının baza variantına [barelə görə 50 dollar] əsasən,  2009-cu ildə sənaye istehsalı 3,2 faiz azalacaq, ÜDM-in artımı 2,4 faiz, sərmayələr - 1,4 faiz təşkil eəcək.

"LUKoyl" Rusiyanın ən böyük müstəqil neft şirkətlərindən biridir. Şirkətin Nizamnamə kapitalı 21 milyon 264 min 081 rubl 37,5 qəpik təşkil edir və 850 milyon 563 min 255 adi səhmə bölünüb.

Hazırda şirkətin rəhbəri Vahid Ələkbərov "LUKoyl"un ən böyük səhmdarıdır (20,5 faiz). Səhmlərin 9,25 faizi şirkətin vitse-prezidenti Leonid Feduna məxsusdur. "LUKoyl"un səhmlərinin daha 20 faizi ConocoPhillips-ə məxsusdur. 2008-ci ilin doqquz ayı ərzində US GAAP üzrə şirkətin xalis mənfəəti 2007-ci ilin analoji dövrü ilə müqayisədə 1,7 dəfə artıb və 10,765 milyard dollar təşkil edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti