...

Gürcüstanda SOCAR-ın brendi altında növbəti yanacaq doldurma stansiyası açılıb

Energetika Materials 12 Fevral 2009 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral/ Trend , müxbir E. İsmayılov/ SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Gürcüstanda növbəti yanacaq doldurma stansiyasını (YDS) istifadəyə verib. Bu barədə cümə axşamı SOCAR Energy Georgia-nın  (SOCAR-ın törəmə müəsisəsi) rəhbəri Mahir Məmmədov bildirib.

"Biz Kutaisi yaxınlığında yerləşən Kvaxçiri kəndində bir yanacaq doldurma stansiyası istifadəyə vermişik", - deyə Məmmədov bildirib.

Onun sözlərinə görə, bu günlərdə şirkət Batumi və Tbilisidə daha iki YDS açmağa hazırlaşır. "Zestafonidə YDS-nın açılması barədə danışmaq hələ tezdir", - deyə Məmmədov bildirib.

Şirkətdəki digər mənbənin əvvəllər bildirdiyinə görə, həmçinin Borjomi, Xaşuri, Batumidə (daha iki), o cümlədən Tbilisidə bir neçə YDS-nın açılması planlaşdırılır. İlin sonunadək SOCAR brendi altında Gürcüstanda YDS-nın ümumi sayı 35-40 ədədə çatacaq.

Hazırda Gürcüstanda Azərbaycan YDS-nın sayı 20 ədəddən çoxdur. Bir neçə il ərzində yanacaq doldurma stansiyalarının sayı 60 ədədə çatacaq.

SOCAR Energy Georgia Gürcüstanın neft və neft məhsulları bazarında distribusiya və marketinqlə məşğuldur. O, Gürcüstan bazarında neft məhsulları və qaz satır.

SOCAR Georgia-nın həmtəsisçiləri aşağıdakılardır: ARDNŞ - 51 faiz, Petro-Trans FZCO - 32,7 faiz və İvan Çxartişvili - 16,3 faiz.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti