...

Türkiyə və Xorvatiya baş nazirləri Azərbaycan və Türkmənistan qazının Balkan ölkələrinə nəqli məsələsini müzakirə ediblər

Energetika Materials 18 Fevral 2009 23:48 (UTC +04:00)

Fevralın 18-də baş nazir Rəcəb Tayyib Ərdoğanın Ankarada səfərdə olan xorvatiyalı həmkarı İvo Sanader ilə görüşündə isə Azərbaycan və Türkmənistan təbii qazının Balkan ölkələrinə nəqli məsələsi müzakirə olunub. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Türkiyə hökumətinin rəhbəri jurnalistlərin sualına cavabında bildirib ki, Türkiyənin enerji infrastrukturunu genişləndirməklə, gələcəkdə Albaniya, Xorvatiya, Bosniya-Herseqovina və Çernoqoriyaya da Xəzər hövzəsi təbii qazı nəql oluna bilər.

Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyi bununla bağlı danışıqlar aparır.

Xəbər lenti

Xəbər lenti