...

İnquri HES-də bərpa işlərinə başlanılıb

Energetika Materials 24 Fevral 2009 13:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 fevral / Trend , N.Kirtsxaliya/

İnquri HES-də bərpa işlərinə başlanılıb. Bu gün oraya alman şirkətinin nümayəndələri və Direktorlar Şurasının üzvləri gələcəklər.

Onlar personalın müdafiəsi üzrə təhlükəsizlik tədbirlərinin yetərincə ciddi şəkildə təmin olub-olunmadığını yerindəcə yoxlayacaqlar.

Təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi haqda qərar, bir neçə gün əvvəl maskalı naməlum şəxslərin alman mütəxəssislərin üzərinə hücum çəkməsi, onları təhqir edib soymasından sonra qəbul edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti