Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir E.İsmaylov / SOCAR Energy Georgia şirkətinin başçısı Mahir Məmmədov çərşənbə günü bildirib ki, SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) 2009-cu ildə Gürcüstana 400 min tondan artıq neft məhsulları ixrac etməyi planlaşdırır.
2008-ci ildə Gürcüstana 400 min ton, 2007-ci ildə isə 196 min ton neft məhsulları ixrac olunub.
"400 min ton böyük rəqəmdir. Biz cari ildə də bu rəqəmi saxlamağı və hətta mümkün olarsa artırmağı düşünürük", - Məmmədov deyib.
Azərbaycanın neft məhsulları olan dizel yanacağı 60%, benzin 52-55% həcmində olmaqla Gürcüstan bazarının 50-60%-ni tutur.
"Azərbaycanın Gürcüstana ixrac etdiyi neft məhsullarının 45%-ni benzin və dizel yanacağı, yerdə qalan 10%-ni isə maye qaz və aviasiya kerosini təşkil edir", - Məmmədov qeyd edib.
Azərbaycan neft emalı zavodlarında (NEZ) emal olunan ümumi neftin həcmi 2008-ci ildə 7,35 milyon tona yaxın, 2007-ci ildə isə 7,5 milyon ton təşkil edib.
Azərbaycanda neft məhsulları ümumi gücü ildə 20 mln. ton neft olmaqla iki Bakı neft emalı zavodunun (NEZ) bazasında istehsal olunur. Hər iki NEZ hər il şəxsi vəsaitləri hesabına quru və dənizdə yerləşən yataqlardan hasil etdiyi təqribən 6 mln. ton nefti emal edən SOCAR-ın tərkibinə daxildir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]