Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Fransanın "Total" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti İv Lui Darrikarreri qəbul edib. Məlumatı AzərTac dövlət informasiya agentliyi yayıb.
Dövlət başçısı Xəzər dənizinin Azərbaycan sektorundakı "Abşeron" yatağı blokunun kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Dövlət Neft Şirkəti və Total Exploration and Production Abşeron B.İ.V.İ şirkəti arasında imzalanmış sazişin əhəmiyyətini vurğulayıb. Azərbaycanın "Total" şirkəti ilə əməkdaşlığına toxunan Prezident İlham Əliyev işbirliyinin bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.
Darrikarrer imzalanmış sazişin önəmini vurğulayıb. O, Azərbaycanla əməkdaşlığın uğurla həyata keçirilməsi üçün geniş imkanların olduğunu və işbirliyinin daha da inkişaf edəcəyinə əminliyini söyləyib.